AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan qarşılaşmalarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. Komitənin qərarları həm klubların büdcəsinə, həm də komandaların heyətinə təsirsiz ötüşməyib.

“Zirə” – “Şamaxı” matçında ev sahibi klub təşkilatçılıqdakı nöqsanlara görə maddi ziyana düşüb. Belə ki, təcili tibbi yardım avtomobilinin stadiona təyin olunmuş vaxtdan gec gəlməsi səbəbindən “Zirə” klubu 2000 manat məbləğində cərimə olunub.

Həmin qarşılaşmada qonaq komandanın üzvü Dieqo Balau da intizamsızlığı ilə diqqət çəkib. Meydanda ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə cəzalandırılan futbolçuya 2 oyunluq diskvalifikasiya verilib. “Şamaxı” klubu isə legionerinin bu hərəkətinə görə 1000 manat cərimə ödəyəcək.

Turun ən gərgin keçən görüşlərindən olan “Araz-Naxçıvan” – “Sabah” matçı Naxçıvan təmsilçisi üçün həm meydanda, həm də sənəd üzərində itkilərlə yadda qalıb. Komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması kluba 700 manata başa gəlib. Oyun bitdikdən sonra hakimin qərarlarına kəskin etiraz edən baş məşqçi Andrey Demçenko ikinci sarı vərəqənin ardınca qırmızı vərəqə alaraq meydandan qovulub. Bu reaksiyasına görə ukraynalı mütəxəssis 1 oyunluq cəzalanıb, klub isə əlavə 2500 manat cərimə edilib.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09