AFFA belçikalı FIFA referisi Frank De Blekere ilə əməkdaşlığa son qoyub. Qurumun yaydığı məlumata görə, De Blekere 2024-cü ildən əvvəlcə Hakimlər Komitəsinin sədri kimi fəaliyyət göstərib. O, 2025-ci ilin noyabrından isə AFFA baş katibinin beynəlxalq hakimlik və referilərin hazırlığı üzrə müşaviri vəzifəsini icra edirdi.
Belçikalı mütəxəssis karyerasını Serbiya Futbol İttifaqının Hakimlər Komissiyasının sədri kimi davam etdirəcək.