Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Artıq “qulaqlı kubok” uğrunda mübarizəni davam etdirəcək 8 ən güclü komanda və növbəti mərhələnin cütlükləri bəllidir.
Püşkün nəticələrinə əsasən, azarkeşləri 1/4 finalda əsl futbol şousu gözləyir:
PSJ (Fransa) – “Liverpul” (İngiltərə)
“Real” (İspaniya) – “Bavariya” (Almaniya)
“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Mərhələnin ən diqqətçəkən məqamı isə İspaniya derbisidir. Belə ki, “Barselona” yaxın keçmişdə ölkə kubokunun yarımfinalında məğlub olduğu “Atletiko”dan qitənin ən mötəbər turnirində revanş almağa çalışacaq.
Xatırladaq ki, 1/4 finalın ilk oyunları aprelin 7-8-də, cavab qarşılaşmaları isə aprelin 14-15-də keçiriləcək.