Avropanın bir nömrəli klub turniri olan Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı. Püşkatma nəticəsində futbolsevərləri həm köhnə rəqabətlər, həm də ilk dəfə yaşanacaq maraqlı qarşılaşmalar gözləyir.
Bitməyən Serial: “Mançester Siti” – “Real”
Püşkatmanın ən səs-küylü cütlüyü şübhəsiz ki, son illərin “klassikasına” çevrilən bu iki nəhəngdir. Komandalar pley-off mərhələsində ardıcıl beşinci dəfədir ki, qarşılaşırlar.
Tarixçə: İndiyə qədər keçirilən 6 pley-off duelinin 4-də “Real”, 2-də isə “Siti” qalib gəlib.
Son görüş: 2025-ci ilin dekabrında Liqa mərhələsində “şəhərlilər” “Santyaqo Bernabeu”da 2:1 hesabı ilə qalib gəlmişdilər. Ümumilikdə bu komandalar arasında keçiriləcək 12-ci və 13-cü oyunlar qitə kralının kim olduğunu bir daha göstərəcək.
“Qarabağ”ı keçən “Nyukasl”ın rəqibi bəlli oldu
Pley-off-un ilkin mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ı iki oyunun nəticəsinə görə 9:3 hesabı ilə məğlub edən “Nyukasl”, 1/8 finalda “Barselona” ilə qarşılaşacaq. “Sağsağanlar”ın baş məşqçisi Eddi Hau püşklə bağlı maraqlı fikirlər səsləndirib:
“Sevinirik ki, bu dəfə “Mançester Siti” ilə düşmədik. “Barselona” ilə ev oyununda yaxşı oynamışdıq. Rəqib kim olursa-olsun, bu bizim üçün həyəcanverici bir çağırışdır.”
Revanş və iddialı iəyanatlar: “PSJ” – “Çelsi”
Ötən yay Klublararası Dünya Çempionatının finalında “Çelsi” paryisliləri 3:0 hesabı ilə darmadağın etmişdi. “Çelsi”nin qapıçısı Robert Sançes isə rəqibi hədələməkdən çəkinmir: “Biz onları kənarlaşdıracağıq, bu dəfə heç bir bəhanələri olmayacaq”. Fransızların yeni baş məşqçisi Liam Rosinyor üçün isə bu, ilk ciddi Avropa sınağı olacaq.
Digər maraqlı Qarşılaşmalar
“Bayer” – “Arsenal”: Bukmekerlərin fikrincə, “topçular” bu cütün mütləq favoritidir (89% şans). Lakin xatırladaq ki, 2002-ci ildə “Arsenal”ı qrupda saxlayan “Bayer” finala qədər irəliləmişdi.
“Qalatasaray” – “Liverpul”: Türkiyə təmsilçisi payızda Viktor Osimhenin qolu ilə “Liverpul”u məğlub etməyi bacarmışdı. Mersisaydlılar intiqam dalınca İstanbula yollanacaqlar.
“Atalanta” – “Bavariya”: Bu komandalar tarixdə ilk dəfə rəsmi oyunda üz-üzə gələcəklər.
“Budr-Qlimt” – “Sportinq”: Püşkün ən qeyri-müəyyən cütlüyü. Norveçlilər Portuqaliya klublarına qarşı “dişli” olduqlarını artıq sübut ediblər.
Finala gedən yol
Püşkün ən diqqətçəkən tərəflərindən biri də odur ki, İspaniya nəhəngləri “Real” və “Barselona” turnir cədvəlinin fərqli tərəflərinə düşüblər. Bu isə o deməkdir ki, “El Klasiko” yalnız 30 mayda Budapeştdə keçiriləcək final matçında baş tuta bilər.
Bukmekerlərin favoritləri:
1. “Arsenal” — 89%
2. “Bavariya” — 88%
3. “Liverpul” — 86%