Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə beynəlxalq “Stranca” turniri davam edir.
Yarışın növbəti günündə daha bir boksçumuz, Malik Həsənov (63,5 kq) rinqə çıxıb. O, 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Laşa Qanidzeni məğlub edərək adını dörddəbir finala yazdırıb.
Qeyd edək ki, ölkəmiz turnirdə ümumilikdə 12 idmançı ilə təmsil olunur və onlardan 8-i artıq mübarizəni dayandırıb. Malik Həsənovdan əvvəl isə Bilalhabəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq) və Məhəmmədəli Aşirəliyev (57 kq) dörddəbir finala yüksəlməyi bacarıblar.