Rodridən sərt etiraf: “Hakim neytral olmalıdır, bizə qarşı ədalətsizlik edilir”

15.02.26 | 18:38
Dünya futbolu

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri, qeyri-etik davranışına görə ciddi problemlərlə üzləşə bilər. The Athletic nəşrinin yaydığı məlumata görə, İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqa hakimləri barədə işlətdiyi ifadələrə görə ispaniyalı futbolçunu diskvalifikasiya etməyə hazırlaşır.

Rodri “şəhərlilər”in 2 top fərqi ilə öndə olduğu, lakin qələbəni əldən verdiyi “Tottenhem” (2:2) matçından sonra referilərin işini emosional şəkildə şərh edib. Onun bu sözləri intizam araşdırmasına səbəb olub.

Rodri qalmaqallı belə şərh edib: “Bilirəm ki, biz çox qazanmışıq və insanlar artıq qalib gəlməyimizi istəmirlər. Lakin hakim neytral olmalıdır. Düzünü desəm, bu yanaşma mənə qarşı ədalətsiz görünür. Biz bu vəziyyətlər üçün çox ağır məşq edirik, amma belə qərarlardan sonra sadəcə yolumuza davam etməyə məcburuq”.

Xatırladaq ki, 2025/2026 mövsümündə “Mançester Siti” 26 turdan sonra 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Rodri cari kampaniyada bütün turnirlər daxil olmaqla meydana çıxdığı 20 matçda 1 qol vurub.

Paylaş:

Xəbər Lenti

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59