UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək tarixi qarşılaşmanın bilet qiymətləri müəyyənləşib. Bu gün saat 12:00-dan etibarən biletləri onlayn qaydada əldə edə bilərsiniz. Bu gün saat 12:00-da satışa çıxarılacaq biletlərin qiyməti 10-1000 manat arasında dəyişir.
Bilet qiymətləri
Standart yerlər: 10, 15, 25, 35, 40, 50 və 75 manat
VIP sektorlar: 200, 250, 300 və 400 manat
VVIP sektoru: 1000 manat
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Stadiona giriş QR bilet ilə mümkün olacaq. Fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.