Mourinyo jurnalisti otağa kilidlədi

01.02.26 | 15:51
Dünya futbolu

Cadena SER radiosunun jurnalisti Anton Meana, Joze Mourinyonun “Real”ın paltardəyişmə otağından mətbuata məlumat sızdıran şəxsi tapmaq üçün onu necə otağa qapatmasından danışıb.

Hadisənin kökü: “Casus” məşqçi iddiası

“Mətbuat konfransı zalında baş verən çoxsaylı qarşıdurmalarla dolu gərgin dövrdən sonra, mətbuatda cənab Mourinyo və onun məşqçilər heyətini ciddi narahat edən bir xəbər yayıldı. Biz xəbər vermişdik ki, futbolçular qapıçı məşqçisi Silvinu Lourunu casus hesab edirlər. Onlar Lourunun yanında danışmaqdan çəkinirdilər, çünki deyilən hər şeyin dərhal Mourinoya çatdırılacağına inanırdılar.

“Espanyol”la oyundan əvvəl keçirilən mətbuat konfransında Louru Mourinyonun yanında oturmuşdu. Konfrans bitəndə klubun mətbuat katibi mənə yaxınlaşıb dedi ki, Silvinu mənimlə danışmaq istəyir. Mən qonşu otağa keçdim, orada məni Mourinyo, Louru və Luis Kampuş (hazırda PSJ-nin idman direktoru) gözləyirdi.”

25 dəqiqəlik təzyiq

“Louru yayılan xəbərləri inkar etdi. Dedi ki, Portuqaliyadakı qızı atasının mətbuatda “casus”, “sişovul” və “Mourinyonun adamı” adlandırılmasından çox narahatdır. Mən cavab verdim ki, bu rəsmi məlumatdır, qızını üzdüyüm üçün təəssüf edirəm, lakin xəbər dəqiqdir. Çünki “Real”ın futbolçularından biri mənə şəxsən demişdi: ”Biz ona güvənmirik və yanında danışmırıq”.

Məhz bu məqamda Mourinyo önə çıxdı və təxminən 20-25 dəqiqə ərzində öz üslubunda məni qorxutmağa çalışdı. O, mənə anlatmaq istəyirdi ki, mən jurnalistika dünyasında heç kiməm, o isə futbol dünyasının ən yaxşısıdır. O, haqlı idimi? Get, paltardəyişmə otağından məlumat sızdır görüm, necə sızdırırsan… O vaxt mənə bu məlumatı verən oyunçu kim idi?”

İllər sonra gələn etiraflar

“Mən qorxmadım, çünki mənə qarşı fiziki güc tətbiq olunacağını düşünmürdüm. İllər keçdikdən sonra həmin səhnəni karyeramın böyük bir dərsi kimi xatırlayıram. Mourinyo ilə illər sonra, o, “Mançester Yunayted”də işləyərkən yenidən qarşılaşdıq, mənə dürüst insan təsiri bağışladı.

Kalyexonun o vaxt dediyi məşhur bir söz var idi: “Yaxşı uşaqlar o qədər yaxşı, pis uşaqlar isə o qədər pis deyildilər”.

Mourinyo çox səhvlər etdi, amma o, çətin dövrlərini yaşayan “Real”ı dəyişən məşqçi kimi tarixə düşəcək. Hesab edirəm ki, mətbuat da öz rolunu yaxşı oynadı. Biz işimizi görürük və məlumat veririk. Əgər bir məşqçi sızan xəbərə bu qədər qəzəblənirsə, deməli, o xəbər doğrudur və biz düzgün yoldayıq,” – deyə Meana xatırlayıb.

Paylaş:

Xəbər Lenti

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10