Britaniya mediasının “Qarabağ” qorxusu və böyük gözləntilər

26.01.26 | 17:03
Ölkə futbolu

Yanvarın 28-də dünya futbolunun məbədlərindən biri sayılan “Enfild” stadionu həm Azərbaycan, həm də İngiltərə futbol ictimaiyyəti üçün böyük maraq kəsb edən “Liverpul” – “Qarabağ” qarşılaşmasına ev sahibliyi edəcək. Artıq matçdan öncə Britaniya mətbuatında gedən müzakirələr göstərir ki, ingilis jurnalistlər və analitiklərin Qurban Qurbanovun komandasına münasibəti köklü şəkildə dəyişib. Bir zamanlar “asan rəqib” kimi görünən “Qarabağ” artıq dumanlı Albionda ciddi bir qüvvə və hesablaşmalı olan strateji rəqib kimi qəbul edilir.

Bu oyun hər iki klub üçün sadəcə üç xal uğrunda mübarizə deyil, həm də fərqli mənalar daşıyan bir imtahandır. Premyer Liqada “Bornmut”a gözlənilməz 3:2 hesablı məğlubiyyətdən sonra Arne Slotun rəhbərlik etdiyi “Liverpul” üçün bu qarşılaşma azarkeşlərin etimadını geri qaytarmaq üçün bir şansdır. “Qırmızılar” üçün doğma meydanda xal itirmək turnir cədvəlindəki mövqeyə ağır zərbə vurmaqla yanaşı, komandanın mənəvi durumunu da sarsıda bilər. İngilis nəhənginin ilk “səkkizlik”dən kənarda qalma təhlükəsi Arne Slotu bu oyuna ən güclü heyətlə çıxmağa məcbur edir.
Digər tərəfdən, “Köhlən atlar” üçün bu matç Avropanın elit klubları ilə eyni səviyyədə mübarizə apara bildiklərini bütün dünyaya sübut etmək fürsətidir. Noyabrda “Çelsi” ilə heç-heçə, eləcə də “Benfika” və “Ayntraxt” qarşısındakı cəsarətli futbol Qurban Qurbanovun yetirmələrinə olan beynəlxalq inamı xeyli artırıb. Məhz bu səbəbdən Liverpool Echo və digər yerli nəşrlər “ehtiyatlı optimizm” nümayiş etdirirlər. Britaniya mətbuatında “Qarabağ” artıq “No pushovers” (“asan təslim olmayan”) və “A tough nut to crack” (“sındırılması çətin qoz”) kimi xarakterizə olunur. Jurnalistlər xatırladırlar ki, Azərbaycan təmsilçisi böyük klublara qarşı qorxmadan, açıq futbol oynamağı bacarır və bu, “Enfild”in sehrli atmosferində belə sürprizlərə yol aça bilər.
Taktiki müstəvidə isə oyun “sürət və təzyiqin toqquşması” kimi qiymətləndirilir. Squawka və 90min kimi nüfuzlu analitik portallar xüsusilə Zubir və Bikalyonun sürətli keçidlərini vurğulayaraq, “Qarabağ”ın əks-hücumlarda son dərəcə təhlükəli (“Dangerous on the break”) olduğunu qeyd edirlər. Analitiklərin fikrincə, “Qarabağ” sadəcə müdafiədə oturmayacaq, öz şanslarını hücumda axtaracaq. “Liverpul” tərəfində isə əsas diqqət Məhəmməd Salah və Dominik Soboslaidə olacaq. “Enfild”in boğucu pressinqi və ev sahibi üstünlüyü oyunun taleyini həll edən əsas faktorlar kimi göstərilsə də, heç kim “Qarabağ”ın sürpriz etməyəcəyinə zəmanət vermir.
“Liverpul”un baş məşqçisi Arne Slot “Qarabağ”ı sıradan bir rəqib kimi yox, onların turnir taleyini həll edəcək ciddi maneə kimi dəyərləndirir. O, hələ püşkatmadan dərhal sonra “Qarabağ” haqqında müsbət fikirlər səsləndirmişdi: “Niderlandda PSV-yə, Türkiyədə “Qalatasaray”a qarşı oynamaq necə çətindirsə, “Qarabağ”la qarşılaşmaq da bizim üçün bir o qədər xoş və maraqlı olacaq. Onlar öz ölkələrinin çempionlarıdır və bütün oyunlar kimi, bu görüş də çox çətin keçəcək”.
Yekun proqnozlara gəlincə, BBC Sport kimi platformalar hər iki komandanın qol vurma ehtimalını (BTTS) yüksək qiymətləndirir. Ən çox ehtimal olunan nəticələr “Liverpul”un üstünlüyü ilə bitən 3:1 və ya 2:0 hesabları olsa da, Britaniya mətbuatındakı ümumi hava birdir: “Qarabağ” artıq köhnə “Qarabağ” deyil və yanvarın 28-də “Enfild”də hər an tarix yazıla bilər.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46