AL: “Fənər” öz meydanında uduzdu, liderlər qalib gəldi

22.01.26 | 23:26
Dünya futbolu

UEFA Avropa Liqasının əsas mərhələsində 7-ci tura yekun vurulub. Turnirin liderlərindən sayılan “Aston Villa” Türkiyə səfərində “Fənərbaxça”nı minimal hesabla (1:0) məğlub edərək vacib üç xal qazandı. Bu qarşılaşma həm klub, həm də fərdi rekordlar baxımından bir neçə maraqlı məqamla yadda qalıb. Ceydon Sançodan Birmingem təmsilçisinə qələbə qazandıran qolu 25-ci dəqiqədə Ceydon Sanço vurub. “Mançester Yunayted”dən icarəyə götürülən vinger bu qolla adını tarixə yazdırıb. Squawka-nın məlumatına görə, Sanço avrokuboklarda dörd fərqli klubun heyətində qol vuran ikinci ingilis futbolçudur (Ondan əvvəl bu nəticəni yalnız Piter Krauç göstərib). Sanço daha əvvəl “Borussiya Dortmund”, “Mançester Yunayted” və “Çelsi” forması ilə beynəlxalq arenada fərqlənmişdi. Bu 25 yaşlı futbolçunun “Aston Villa”nın heyətində rəsmi vurduğu ilk qoldur.

“Aston Villa”nın baş məşqçisi Unai Emeri üçün bu oyun xüsusi əhəmiyyət kəsb edib. Qarşılaşma ispaniyalı mütəxəssis üçün Avropa Liqası çərçivəsində 100-cü yubiley matçı olub. Bununla da o, turnirin 2009-cu ildəki rebrendinqindən sonra bu göstəriciyə çatan ilk məşqçi kimi tarixə düşüb.

Xatırladaq ki, Emeri 4 çempionluqla (3 dəfə “Sevilya”, 1 dəfə “Vilyarreal”) bu turnirin ən titullu məşqçisidir. OptaJoe-nun statistikasına görə, Emeri “Aston Villa” ilə avrokuboklarda keçirdiyi 31 oyunda artıq 20-ci qələbəsini qazanıb. İngiltərə klubları ilə bu göstəriciyə daha sürətli (daha az oyun sayı ilə) yalnız üç əfsanəvi məşqçi çatıb: Devid Moyes (“Vest Hem”) – 28, Bill Nikolson (“Tottenhem”) – 29, Bob Peysli (“Liverpul”) – 29.

Turnirin başa çatmasına bir tur qalmış artıq bəzi məqamlar dəqiqləşib. Hərəyə 18 xal toplayan “Lion” və “Aston Villa” birbaşa 1/16 finala vəsiqəni vaxtından əvvəl təmin edib.

 Son tur ərəfəsində ilk səkkizlikdə yer alan digər iddialılar: “Frayburq” – 17 xal, “Midtyulland” və “Braqa” – 16 xal, “Roma” və “Ferensvaroş” – 15 xal, “Betis” – 14 xal.

Türkiyənin turnirdəki tək təmsilçisi “Fənərbaxça” isə 11 xalla 18-ci pillədə qərarlaşıb. Bu nəticə ilə “sarı-lacivərdlilər” ilk 24 komanda arasında yer almağı və ən azı pley-off mərhələsinə keçidi rəsmiləşdiriblər.

Xatırladaq ki, turnir cədvəlində ilk 8 yeri tutan komandalar birbaşa 1/16 finala yüksəlir. 9-24-cü yerləri tutan klublar isə bu mərhələyə vəsiqə qazanmaq üçün öz aralarında pley-off oyunları keçirirlər.

Avropa Liqası, Əsas mərhələ, 7-ci tur

Bolonya – Seltik 2:2
Brann – Midtyulland 3:3
Viktoriya Plzen – Portu 1:1
Malmö – Srvena Zvezda 0:1
PAOK – Betis 2:0
Feyenoord – Şturm 3:0
Fənərbaxça – Aston Villa 0:1
Frayburq – Makkabi TƏ 1:0
Yanq Boyz – Lion 0:1
Braqa – Nottingem Forest 1:0
Dinamo Zaqreb- FKSB 4:1
Zaltsburq – Bazel 3:1
Nitsa – Qou Еxеd 3:1
Reyncers – Ludoqorets 1:0
Roma – Ştutqart 2:0
Selta – Lill 2:1
Utrext – Genk 0:2
Ferentsvaroş – Panatinaikos 1:1

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48