Bu gün Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Naxçıvan klubu I Liqa iştirakçısı “Zaqatala”a ilə qarşılaşıb. Oyun “Araz-Naxçıvan”ın 4:0 hesabl qələbəsiylə yekunlaşıb. Qalib komandanın qollarını Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov rəqib qapısından keçiriblər.
Xatırladaq ki, naxçıvanlılar bu toplanış çərçivəsində daha əvvəl öz əvəzedici heyətinə 7:0 hesabı ilə qalib gəlmiş, “Qəbələ”yə isə minimum hesabla (0:1) məğlub olmuşdular.