FİFA Skalonidən üzr istədi

09.12.25 | 00:27
Dünya futbolu

FIFA DÇ-2026-nın püşkatma mərasimində yaşanan olaydan sonra Argentinanın baş məşqçisi Skalonidən üzr istəməyə məcbur olub.

Tədbir zamanı qəribə bir hadisə baş verib.  Lionel Skaloni Dünya Kubokuna toxunmaq istərkən ondan əlcək geyinməsi xahiş olunub. Görünür təşkilatçılar “albiselsta”nı DÇ-2022-də qələbəyə daşıyan məşqçi kimi tanımayıblar. Xatırladaq ki, qaydaya görə Dünya Kubokuna yalnız onu qazananlar əliyalın toxuna bilər. Püşkatmanın ertəsi FIFA Dünya Kuboku proqramının təqdimatı çərçivəsində mərasim təşkil edib.

Bu dəfə səhnəyə dəvət alan Skaloniyə Dünya Kubokuna əlcəksiz toxunmağa icazə verilib.   Püşkatma zamanı başı Donald Trampa qarışan və Skalonini tanımayan dünya futbol qurumunun başçısı Canni İnfantino bu dəfə vəziyyəti düzəltməyə çalışıb: “FIFA adından üzr istəyirəm. Əlbəttə ki, dünya çempionları kuboka toxuna bilərlər. Sadəcə, dünya çempionu olanda sonra cavanlaşırsan və hər gün daha gənc görünürsən”.

Skaloni isə ona yumorla cavab verib:  “Düşünürəm ki, dünən məni başqası ilə səhv saldılar və bu səbəbdən kuboka toxunmağıma icazə vermədilər”.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45