TEAMtalk-ın məlumatına görə, Məhəmməd Salahın “Liverpul” karyerası sona yaxınlaşır. Onun klubla müqaviləsi 2027-ci ilədək olsa da, misirlinin cari mövsümdən sonra Enfilddən ayrılacağı istisna deyil.
Salah son aylarda qeyri-sabit oyun nümayiş etdirir və Arne Slotun hücumunda mühüm fiqur olaraq qalsa da, oyuna təsiri nəzərəçarpacaq dərəcədə azalıb.
Salahın özü üçün bu, Mersisayd klubunda uzun və uğurlu bir dövrə son qoymaq və yeni çağırışa səs vermək üçün təbii bir an ola bilər. Karyerasını davam etdirmək üçün Səudiyyə Ərəbistanı ən çox ehtimal olunan yer kimi göstərilir. Salah liqanın nüfuzunu qaldırmaq və onu qlobal miqyasda tanıtmaq üçün əsas aktiv hesab olunur.
Qanad oyunçusunu transfer etməyə əsas favorit kimi “Əl-Hilal” göstərilir. Klub artıq Darvin Nunyes, Ruben Neveş və Joao Kancelu kimi ulduzlardan ibarət heyət yaradıb və əvvəl Neymarı sıralarına qoşmaq üçün xeyli pul xərcləyib. “Əl-Qadisiya”də Salahla maraqlanır, ancaq onların şansları xeyli aşağıdır.
Cari mövsüm Salah 18 oyunda meydana çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib. Onun hazırkı məhsuldarlığı azarkeşləri qane etmir və gözləntiləri daha çoxdur. Artıq Salahın gələcəyi ilə bağlı müzakirələr güclənməkdədir.Yeri gəlmişkən, forvardın Afrika Millətlər Kubokunda Misir yığmasının şərəfini qorumaq üçün “qırmızılar”ın ən azı üç oyununu buraxacaq.