Kriştiano Ronaldo şirkəti vasitəsilə yeni biznes-layihəyə qoşulmaq qərarına gəlib. Libertad Digital-ın xəbərinə görə, bu, ünsiyyət və biznes dünyasında inqilab edəcək özəl bir klub olacaq. 1000 kvadrat metrlik sahədə yerləşəcək klubda mobil telefondan istifadə etmək və çəkiliş aparmaq qadağan olunacaq. Gündüzlər klub görüşlər, şəxsi ofislər, podkast studiyalar və başqa sahələr üçün istifadə ediləcək. Axşamlar isə eksklüziv şam yeməkləri təşkil olunacaq və müştərilərə ixtisaslaşmış barlar xidmət göstərəcək. Ən nüfuzlu üzvlük yalnız dəvətnamə əsasında olacaq və 15.000 avroya başa gələcək.