Bu gün ölkəmizin qadınlardan ibarət basketbol yığması AÇ-2027-nin seçmə turnirində ilk oyununu keçirib. Bakı İdman Sarayında baş tutan oyunda bolqarlar millimizi darmadağın ediblər – 48:141. Qrupun digər oyununda Monteneqro ilə Ukrayna yığmaları qarşılaşacaq. E qrupunda yer alan basketbolçularmız noyabrın 15-də keçiriləcək növbəti turun oyununda Monteneqro ilə üz-üzə gələcək.
Qeyd ed’k ki, final mərhələsinə yüksəlmək üçün komandamız ilk iki yeridən birini tutmalı və ya qrup üçüncüləri arasında ən yaxşı nəticəni göstərməlidir.