Günün ilk iki oyunu sensasiya ilə yekunlaşdı. “Qarabağ” öz meydanında “Çelsi” ilə döyüşkən heç-heçə etdi. Çempionlar Liqasının debütantı “Pafos” isə gözlənilmədən öz meydanında İspaniya təmsilçisi “Vilyarreal”ı minimal hesabla yendi. “Qarabağ”ın Bakıda qəbul edəcəyi “Ayaks” dalbadal dördüncü dəfə məğlub oldu. Amsterdam klubu bu dəfə evdə “Qalatasaray”a böyük hesabla məğlub oldu. “Ayaks” tarixində ilk dəfə öz meydanında Türkiyə klubuna məğlub oldu. Het-trik edən Osimhen isə dalbadal 8-ci dəfə Avropa kuboklarında fərqləndi. Almatı “Kayrat”ı məğlub olsa da, səfərdə “İnter”ə layiqli müqavimətə görə qürrələnə bilər. Belçikada “Brügge”nin “Barselona” ilə heç-heçəsini də gözlənilməz nəticə saymaq olar. Brüggelilər güclü rəqibə qarşı üç dəfə hesabda irəli çıxsa da, qonaqlar hər dəfə hesabı bərabərləşdirə bildi. “Brügge” hətta uzatmalarda 4-cü dəfə də irəli çıxdı, lakin hakim VAR-a istinad edərək qolu hesaba almadı.
Pafos – Vilyarreal 1:0
Lukassen, 46.
Qarabağ – Çelsi 2:2
Andrade, 29. Yankoviç, 39-p. – Estevao, 16. Qarnaço, 53.
Ayaks – Qalatasaray 0:3
Osimhen, 59; 66-p.; 78-p.
Benfika – Bayer 0:1
Şik, 65.
Brügge – Barselona 3:3
Tresoldi, 6. Forbs, 17; 64 – Ferran Torres, 8. Yamal, 61. Tsolis, 78-avtoqol.
İnter – Kayrat 2:1
Lautaro Martines, 45. Auqusto, 67 – Arad, 59.
Mançester Siti – Borussiya D 4:1
Foden, 22; 57. Haaland, 29. Çerki, 90+1 – Anton, 72.
Marsel – Atalanta 0:1
Samarciç, 90.
Nyukasl – Atletik 2:0
Börn, 11. Joelinton, 49.