Bu axşam “Qarabağ”ın xalla qayıtmaq şansı var

22.10.25 | 13:11
Ölkə futbolu

Bu gün Çempionlar Liqasında 3-cü tura yekun vurulacaq. “Qarabağ” səfərdə “Atletik”lə qarşılaşacaq. Qurban Qurbanovun komandasının İspaniya səfərindən xalla dönməsi mümkündür. Belə ki, basklar cari mövsümdə yaxşı formada deyillər. Bu proqnoza “Atletik”in La Liqa və ÇL-dəki nəticələri əsas verir. Hər iki turnirdə üst-üstə 11 oyunda 15 qol buraxması ispan klubunun müdafiə xəttində ciddi problemlərin olmasından xəbər verir. Ümid edirik ki, “Qarabağ” orta sahədə güclü pressinq etməklə rəqibin arxa xəttində yaranan boşluqdan faydalanacaq.

“Qalatasaray” evdə Norveç “Bude Qlimt”i ilə qarşılaşacaq və türkiyəlilərin bu qarşılaşmadan qalib ayrılacağı gözlənilir. Gecənin ən maraqlı oyunu şübhəsiz ki, “Real” – “Yuventus” görüşüdür. “Qoca Sinyora”nın bu günkü durumu heç də yaxşı deyil. ÇL-də keçirdiyi hər iki oyundan sülhlə ayrılan turinlilər A seriyasının son turunda “Komo”ya uduzaraq liderlər qrupundan uzaq düşüb. “Real”a gəlincə, komandanın müdafiə xəttində ciddi itkiləri var. Dani Karvaxal, Trent Aleksandr-Arnold, Ferlan Mendi, Antonio Rüdiger və Din Heysen son turda “Xetafe” ilə oyunu zədə üzündən buraxmalı oldular. Onlardan Heysen, Trent və Karvaxalın “Yucentus”a qarşı meydana çıxacağı gözlənilir.

20:45 Atletik – Qarabağ                                             İctimai TV
20:45 Qalatasaray – Bude Qlimt                             CBC Sport, TRT 1
23:00 Ayntraxt – Liverpul                                           İctimai TV
23:00 Real – Yuventus                                                CBC Sport
23:00 Atalanta – Slaviya
23:00 Bavariya – Brügge
23:00 Monako – Tottenhem
23:00 Sportinq – Marsel
23:00 Çelsi – Ayaks
   

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27