DÇ-2026-nın daha bir iştirakçısı bəlli oldu. Evdə Cibutini 3:0 hesabı ilə məğlub edən Misir yığması Mərakeş və Tunisdən sonra mundiala vəsiqə qazanan üçüncü Afrika komandası oldu. Misirlilərin bu uğurunda “Liverpul” lu forvard Məhəmməd Salahın payı böyükdür. Cibuti ilə oyunda iki dəfə fərqlənən Salah 9 qolla seçmə mərhələnin Afrika zonasında bombardirlər siyahısına başçılıq edir.