Ötən ilin oktyabrında İsraillə Millətlər Liqasının oyunu (4:1) ərəfəsində Kilian Mbappe Stokholmda dincəlirmiş. Onu əvvəlcə restoranda, sonra gecə klubunda görüblər. Çox keçməyib Fransa yığmasının kapitanı və dostlarını gecələdiyi Stokholmun mərkəzindəki otelin birində baş verən zorlama hadisəsi ilə bağlı yerli polisə şikayət daxil olub. Polis dərhal olayı araşdırmağa başlayıb. Mbappe bu məlumatın yalan olduğunu deyib. Ancaq zorlamaya məruz qalan qadın hadisənin günahkarı kimi məhz onun adını çəkib. Dekabrda İsveç prokurorluğu sübut çatışmazlığı üzündə işə xitam verib.
Bu günlərdə Mbappedən müsahibə alan yerli jurnalistlərdən biri “o vaxtdan bəri çox şey dəyişib, bəs sən dəyişmisən?” deyərək ona Stokholm olayını xatırladıb. “Real”ın forvardı bu sualı belə cavablandırıb:
– Xeyr. Bu, məni heç narahat etmədi. Sadəcə hamının belə ciddi məsələyə steykə hücum çəkən kimi görmək məni çox üzürdü. Bilirsiniz, belə hadisə çox qadının başına gəlir. Təəssüf ki, çoxları başlıqlar və məqalələr xatirinə bundan yararlanmağa çalışırlar. Sonradan hamı başa düşdü ki, mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur, nə oldu? Suçsuz olduğum bəlli olan kimi, dərhal hamı o qadını unutdu. İndi onun harada olduğunu heç kim bilmir və heç kmi maraqlandırmır. Niyə? Həssas mövzudur və məni kədərləndirir. …Sadəcə susmalı, baş verənləri qəbul etməli və məşqə getməli idim. Karlo Ançelotti bunun mənə qarşı ədalətsizlik olduğunu söylədi və mən ondan soruşdum: “Buna məhəl qoymamaq və qol vurmaqdan başqa nə edə bilərəm?”.