DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan millisi ilə üz-üzə gələn Gürcüstan yığması Kvaratsxeliya və Qaqnidzenin qolları ilə ilk yarıdan sonra inamlı qələbə qazanıb. İkinci hissədə gürcülər Mikautadzenin qolu ilə qələbəni təmin edib.
İlk oyunda Tiflisdə Türkiyəyə uduzan gürcülər bu qələbə ilə qrupdan çıxmaq şansını saxlayır. Bolqarlar isə İspaniyanın ardından gürcülərə də uduzaraq qrup autsayderi kimi möhkəmlənib.
E qrupunda digər oyun bu axşam Konyada olacaq. Burada Türkiyə ilə İspaniya faktiki qrup liderliyinə iddialı komandanı müəyyən edəcəklər.
E qrupu
Gürcüstan – Bolqarıstan 3:0
Qollar: Kvaratsxeliya, 30. Qaqnidze, 44. Mikauradze, 66.