DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində daha bir neçə oyun keçirilib. Portuqaliya səfərdə Ermənistan yığmasını darmadağın edib. Bu oyunda Kriştiano Ronaldo dubl etməklə milli komandalarda ən çox qol vuran oyunçu kimi rekordunu bir az da artırıb. Bu oyundan sonra onun hesabında 140 qol var. Ona ən yaxın rekordçu isə Lionel Messidir – 114 qol. Qrupun digər oyununda İrlandiya ikinci hissənin gedişində azlıqda qalan macarları təzyiq altında saxlayaraq 3-cü uzatma dəqiqələrində məğlubiyyətdən qaça bildi.
F qrupu, ilk oyunlar.
Ermənistan – Portuqaliya 0:5
Qollar: Feliks, 10; 62. Ronaldo, 21; 46. Kanselu, 32.
İrlandiya – Macarıstan 2:2
E. Ferqyuson, 49. İdah, 90+3 – Varqa, 3. Şallai, 16.
H qrupu
Avstriya – Kipr 1:0
Qol: Sabitser, 54-p.
San Marino – Bosniya 0:6
Qollar: Tahiroviç, 22. Ceko, 70; 72. Bazdar, 81. Alajbegoviç, 85. Mujakiç, 90.

K qrupu
İngilislərin əsas rəqibi Serbiya yığması da səfərdə vacib qələbə qazanıb. Latviya üzərində minimal hesablı qələbə serblərə ikinci yerdə möhkəmlənmək imkanı verib. Bu qrupda ikincilik Serbiya ilə Albaniya arasında gedəcək.
Latviya – Serbiya 0:1
Qol: Vlaxoviç, 12.
İngiltərə – Andorra 2:0
Qollar: Qarsiya, 25-avtoqol. Rays, 67.
