Messi Argentina yığmasında ağalıq edir

05.09.25 | 09:51
Dünya futbolu

ABŞ yığmasının keçmiş oyunçusu Alan Qordon yerli jurnalistlərə Şimali Amerika liqasında çıxış edən iki argentinalının davasından danışıb. Onun sözlərinə görə, “İnter Mayami”nin formasını geyən Lionel Mess Liqa kuboku oyunu zamanı “Sietl Saunders”də çıxış edən həmyerlisi Pedro de la Veqanı hədələyib. MLS-in keçmiş ulduzu Qordon deyib: “”Xatırlayırsınızsa, oyunun gedişində onların arasında mübahisə oldu. Messi de la Veqaya “nə qədər ki, mən oradayam sən heç vaxt yığmada oynamayacaqsan ” deməklə faktiki elə meydançada onunun adını “qara siyahıya” saldı. Fikrimcə, bu iyrənc haldı”.

Xatırladaq ki, Messinin komandası Liqa kubokunun finalında “Sietl Saunders”ə 0:3 hesabı ilə uduzub. 24 yaşlı de la Veqaya gəlincə, o indiyədək yalnız Argentinanın olimpiya və gənclər yığmasında oynayıb.

De La Veqa da bu insident barədə danışmağa məcbur olub. Lakin o, tiyatlı danışıb və Messinin nə dediyini açıqlamayıb. Gənc futbolçu mübahisəni oyunun bir parçası kimi təqdim edərək vəziyyəti yumşaltmağa çalışıb. O deyib: “Messi və [Rodrigo] De Paul? Onlar dahidir. Onlar dünya çempionlarıdır və ikisi də mənim idolumdur. Toqquşma sadəcə oyunun bir hissəsi idi. Mən bunu şəxsi qəbul etməməyə çalışdım. Onlarla argentinalı kimi üz-üzə gəlmək tamam başqa bir təzyiqdir”.

Messinin Argentina yığmasında “dedovşinalıq” etməsi yenilik deyil. Vaxtilə onun Mauro İkkardi və Paulo Dibala kimi istedadların milliyə çağırılmasına mane olması barədə də söz-söhbətlər dolaşırdı.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39