“Qalatasaray” “Mançester Siti”ylə yollarını ayırmağa hazırlaşan İlkay Gündoğanı rənglərinə bağlayıb. “Cim-Bom”un ulduz futbolçuyla sözləşməsinin detalları və ödəyəcəyi maaş bəlli olub.
Uzun müddətdir “Qalatasaray”ın gündəmində olan İlkayın keçidi “sarı-qırmızılılar”a ödənişsiz başa gəlib. İki illik anlaşmaya imza atan ulduz futbolçunun illik maaşı 5 milyon avro olacaq.
İlkay Gündoğanın türk vətəndaşlığı varsa, Almaniya yığmasını seçdiyinə baxmayaraq, Türkiyədə yerli futbolçu statusunda forma geyinəcək. O, 2011-2024-cü illərdə Almaniya millisinin heyətində 82 oyunda 19 qol vurub. “Mançester Siti”nin mənim ürəyimdə xüsusi yeri var. Premye Liqanı və FA Kuboku mənim üçün xüsusi əhəmiyyətlidir, amma bu klub üçün ilk dəfə Çempionlar Liqası kubokunu qaldırmaq, xüsusən də İstanbulda, mənimlə əbədi qalacaq”, deyən Gündoğan bu komandada 358 oyunda 65 qol vurub.
İlkay 2016-cı ildə Pep Qvardiolanın komandasına gətirdiyi ilk futbolçu olub. Yeddi illik müddətdən sonra türk əsilli futbolçu 2023-cü ildə sərbəst müqavilə ilə “Barselona”ya keçib. Avqustda yenidən Mançesterə dönərək 33 oyunda meydana çıxsa da, onun klubdan gedəcəyi məlum idi.
“Siti”nin futbol direktoru Üqo Viana deyib: “İlkay Gündoğanın adı Mançester Sitinin uğurları ilə sinonimdir”.