Leverkuzen “Bayer”i Xabi Alonsonun ardından baş məşqçi postuna gətirdiyi Erik ten Haqlla yollarını ayırmaq qərarına gəlib. Alman klubu ayrılıq qərarını rəsmi şəkildə açıqlayıb. 55 yaşlı çalışdırıcı komandanın başında 3 oyuna çıxaraq 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşadı. Bundesliqada Erik ten Haq rəhbərliyi altında 2 matça çıxan Leverkuzen qalibiyyət qazana bilmədi. Komandanın onun rəhbərliyi ilə əldə etdiyi yeganə qələbə isə kubok oyununda gəlib.