Erlinq Haland yeni soyadla çıxış edəcək

28.08.25 | 15:55
Dünya futbolu

“Mançester Siti”nin forvardı Erlinq Haland Norveç yığmasında başqa soyadla çıxış etməyə qərar verib. O, millidəki futbolkasına anası Qryu Marit Breutun da soyadını əlavə edəcək. 25 yaşlı hücumçu yığmanın sentyabırda baş tutacaq oyunlarına kürəyinə Breut Haland yazılan futbolkada çıxacaq. Onu da deyək ki, Haland Norveç yığmasının tarixində ən çox qol vuran oyunçudur. Erlinq millinin formasında meydana çıxdığı 43 oyunda 42 qola imza atıb.

Onun valideynləri də öz sahələrində tanınmış idmançılar olublar. Norveçdə həm ananın, həm də atanın soyadından istifadə etmək geniş yayılmış bir təcrübədir. Atası Alfie Haland 2000–2003-cü illərdə “Mançester Siti”də çıxış edib. Anası Qry Marita Breut isə 1990-cı illərdə Norveçin məşhur yeddi növlü atletika (heptatlon) çempionu olub.

Ad dəyişikliyi barədə danışan Norveç yığmasının baş məşqçisi Stale Solbakken deyib: “Onun adı – ‘Breut’dur, artıq o qədər də çətin deyil. Mən bununla bağlı indiyə qədər heç nə bilmirdim.”

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24