ABŞ millisi mundialdan imtina etdi

12.11.26 | 22:54
Dünya futbolu

17 yaşadək futbolçulardan ibarət ABŞ millisi Qətərdə keçiriləcək dünya çempionatına starta cəmi bir həftə qalmış turnirdə iştirakdan imtina edib.

ABŞ Futbol Federasiyası qərar barədə oyunçuları rəsmi bəyanatla məlumatlandırıb. Qurum iştirakdan imtinanı regionda yaranmış gərginlik və ABŞ Dövlət Departamentinin Qətərə səfərlərlə bağlı xəbərdarlığı ilə əsaslandırıb.

“Yaranmış vəziyyəti, o cümlədən ABŞ Dövlət Departamentinin Qətərə səfərlərlə bağlı təhlükə səviyyəsini 3-cü dərəcə olaraq müəyyən etməsini, həmçinin səfirlik əməkdaşları və onların ailələri üçün verilən müvafiq tövsiyələri nəzərə alaraq, təəssüf ki, turnirdə iştirak edə bilməyəcəyik”, – federasiyanın bəyanatında bildirilib.

Qurum futbolçuların və əməkdaşların təhlükəsizliyinin hər zaman əsas prioritet olduğunu da vurğulayıb.

Qərar Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-la İran arasındakı münaqişə və Tehran tərəfindən dəstəklənən husilərin hücumları fonunda qəbul edilib. ABŞ Dövlət Departamenti də öz vətəndaşlarına Qətərə səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib. Amerika federasiyası bu xəbərdarlıqlara əməl etmək qərarına gəlib.

Qeyd edək ki, seçmə mərhələni adlaya bilməyən Almaniya millisi də mundialda iştirak etməyəcək.

U-17 dünya çempionatı 2029-cu ilədək hər il Qətərdə keçiriləcək. Yeni formatda ilk turnir 2025-ci ildə təşkil olunub və Portuqaliya millisi çempionluq qazanıb.

Almaniya 2023-cü ildə keçirilən mundialın qalibi olub. Komandanın həmin uğurunda Paris Brunner və qapıçı Konstantin Heydenin böyük payı olub. Heyde Fransa ilə final görüşündə penaltilər seriyasında qəhrəmana çevrilib. Almaniya rəqibini 4:3 hesabı ilə məğlub edərək titula yiyələnib.

ABŞ millisinin turnirdən çəkilməsi “Auqsburq”un gənc futbolçusu Filip Ekkle üçün də gözlənilməz dəyişiklik yaradıb. Gənclər komandasında çıxış edən futbolçunun ABŞ yığmasının mundial heyətinə daxil edilməsi planlaşdırılırdı.

Amerikalılar Monteneqro, Çili və Əlcəzairlə birlikdə qrupda yer almışdılar. Dünya çempionatının finalı dekabrın 13-nə planlaşdırılıb. Yaxın Şərqdəki gərginliyin turnirin təşkilinə başqa dəyişikliklər gətirib-gətirməyəcəyi isə hələlik məlum deyil.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09