Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı başa çatıb. Tarixdə ilk dəfə keçirilən turnirin qalibi İspaniya millisi olub.
Mundialın final qarşılaşmasında İspaniya və Çexiya yığmaları üz-üzə gəlib. Bakı Kristal Zalında keçirilən görüş İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, İspaniyanın U-15 yığması FIFA-nın tarixində ilk dəfə təşkil etdiyi bu turnirin qalibi kimi adını tarixə yazdırıb. Çexiya millisi gümüş medallara sahib çıxıb.
FIFA U-15 Dünya Çempionatı və Festivalı FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbol istedadlarını Bakıda bir araya gətirib.