Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən İngiltərə millisinin hücumçusu İvan Toninin döyülmə hadisəsi ilə bağlı işi üzrə məhkəmə prosesi davam edir.
“The Athletic” nəşrinin məlumatına görə, futbolçu Londonda məhkəmə qarşısına çıxacaq. İşə baxılması 2028-ci il iyunun 12-nə təyin olunub. Bu tarix Böyük Britaniya və İrlandiyada keçiriləcək Avropa çempionatının startından üç gün sonraya təsadüf edir.
Toni daha əvvəl Sautvark Kral Məhkəməsində keçirilən iclasda ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O, oktyabrın 1-də Vestminster Magistratlar Məhkəməsində də günahsız olduğunu bildirib.
İngiltərə millisinin üzvü 2025-ci il dekabrın 6-da Londonun Soho rayonunda yerləşən “100 Wardour Street” adlı məkanda baş verən hadisə zamanı Saber Da Silvaya xəsarət yetirməkdə ittiham olunur. Toni isə məhkəmədə özünümüdafiə arqumentinə əsaslanacağını bildirib.
Hazırda futbolçu barəsində hər hansı qətimkan tədbiri seçilməyib.
Toni cari mövsümdə “Əl-Əhli”nin heyətində 12 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.