“Qızıl top” qalmaqalı: Saytda səhvən üç fərqli qalib elan olundu

27.10.26 | 02:02
Dünya futbolu

“Qızıl top” mükafatının verilməsi prosesində böyük səhvə yol verilib. Qurumun rəsmi internet səhifəsində eyni vaxtda üç fərqli futbolçunun mükafatı qazandığına dair məqalələr dərc olunub.

“Daily Mail” nəşrinin məlumatına görə, insidentdən sonra təşkilatda tam bir xaos hökm sürür və baş verənlərin səbəblərini araşdırmaq üçün daxili təhqiqat başladılıb.

Saytda yerləşdirilən yazılarda əsas favoritlər olan Lamin Yamal, Kilian Mbappe və Harri Keynin mükafata layiq görüldükləri iddia edilirdi. Xəbərlər dərc edildikdən təxminən 30 dəqiqə sonra silinib və təşkilat üzrə açıqlama yayılaraq üzr istənilib.

Açıqlamada qeyd olunur ki, “Qızıl top” nominantlarından bəzilərinin portret materialları və məqalələri saytda səhvən yayımlanıb:

“Qalib ehtimal olunan bütün namizədlər üçün qabaqcadan yazılar hazırlanmışdı. Həmin materiallarda heç bir yer və ya nəticə açıqlanmır, çünki qaliblər hələ də heç kimə məlum deyil”. Xatırladaq ki, nüfuzlu mükafatın sahibinin adı bazar ertəsi axşamı elan olunacaq.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09