Avropa mediası: “Sabah” sonadək “Borussiya”nı gərginlikdə saxladı

21.10.26 | 19:06
Ölkə futbolu

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olsa da, Bakı təmsilçisinin oyunu Almaniya və Avropa mediasının diqqətini çəkib. Nəşrlər Dortmund klubunun qələbə qazanmaq üçün ciddi səy göstərdiyini, “Sabah”ın isə rəqibinə layiqli müqavimət göstərdiyini vurğulayıblar.

İspaniyanın “Mundo Deportivo” nəşri “Sabah”ın çıxışına xüsusi diqqət ayırıb. Məqalədə qeyd olunur ki, topa daha çox sahib olmasına baxmayaraq, Dortmund komandası oyuna tam nəzarət etməkdə çətinlik çəkib. Bakı təmsilçisi Kahim Perris və Coy-Lens Mikelsin köməyi ilə rəqib müdafiəsinin arxasında boşluqlar tapıb və təhlükəli hücumlar qurub.

İspaniya nəşrinin yazdığına görə, Bakıya səfər edən komandaların işi düşündükləri qədər asan olmaya bilər. Belə ki, “Sabah” cəsarətli oyun nümayiş etdirir, qarşılaşmanın sonlarında rəqib meydanında təzyiqi artırır və qol vurmağa çalışır.

Məqalədə Mbina ilə bağlı təhlükəli epizod da xüsusi vurğulanır. Dortmundun müdafiəçisi Svennsonun həlledici müdaxiləsi Mbina ilə qapıçı Qreqor Kobel arasında təkbətək vəziyyətin qolla nəticələnməsinə imkan verməyib. Nəşr hesab edir ki, “Sabah” son dəqiqələrdə göstərdiyi fəallıqla bərabərlik qoluna yaxın olsa da, istəyinə çata bilməyib.

Almaniyanın “Welt” nəşri Seru Qirassinin dublunu Dortmundun çətin qələbəsində həlledici amil kimi təqdim edib. Yazıda “Sabah”ın cəsarətli oyunu, qonaqların müdafiəsində yaranan boşluqlar və qapıçı Qreqor Kobelin vacib seyvləri ön plana çəkilib.

Nəşrin qiymətləndirməsinə görə, “Sabah”ın bərabərlik qolundan sonra Dortmund yenidən çətin vəziyyətə düşüb. Qirassinin ikinci qolu komandaya üç xal qazandırsa da, qonaqlar qarşılaşmanın gedişində tam üstünlük qura bilməyiblər.

Almaniyanın “Sport Bild” nəşri “Bakıda çətin qələbə” başlıqlı materialında Qirassinin dublunu nəticəni müəyyənləşdirən əsas amil kimi göstərib. Bununla yanaşı, Dortmundun erkən üstünlükdən sonra oyunun tempini aşağı salması və “Sabah”a qol imkanları yaratması da diqqətə çatdırılıb.

Nəşr Coy-Lens Mikelsin ofsayd səbəbindən qeydə alınmayan qolunu, Pucxacın cərimə zərbəsindən ötürməsini və Aden Makkartinin başla vurduğu bərabərlik qolunu da qeyd edib. Materialda Dortmundun müdafiəçisi Niko Şlotterbekin Makkartiyə qarşı mübarizədə çətinlik çəkdiyi vurğulanıb.

ARD telekanalının idman xidməti “Sportschau” da Dortmundun nəticə baxımından uğurlu çıxışına baxmayaraq, oyununun tam inandırıcı olmadığını qeyd edib. “Sabah”ın hesabı bərabərləşdirməsi və yaratdığı təhlükəli vəziyyətlər qarşılaşmanın gərginliyini artırıb.

Almaniya Bundesliqasının rəsmi saytı isə Makkartinin qolundan sonra Bakı klubunun rəqib müdafiəsinə təzyiq göstərməsini və ikinci qol üçün fürsətlər axtarmasını diqqətə çatdırıb. Qirassinin dublu Dortmundun çətin səfər matçından üç xalla ayrılmasını təmin edib.

Beləliklə, Almaniya və Avropa mediasının qarşılaşma ilə bağlı yazılarında ortaq məqam diqqət çəkir: “Borussiya” Bakıda qalib gəlsə də, “Sabah”a qarşı rahat oyun keçirə bilməyib. Bakı təmsilçisinin hücum fəallığı, standart vəziyyətlərdən yaratdığı təhlükə və sonadək davam edən mübarizəsi Çempionlar Liqasının təcrübəli iştirakçılarından birinə qarşı rəqabətədavamlı oyun nümayiş etdirdiyini göstərib.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09