Azərbaycan Premyer Liqaında VII tura yekun vurulub. Son oyun günündə keçirilən qarşılaşmalarda “Qarabağ” “İmişli”ni, “Turan Tovuz” isə “Şəfa”nı məğlub edib.
Ağdam təmsilçisi ölkə çempionatlarındakı 1000-ci oyununda Yevlaxda “İmişli” ilə qarşılaşıb. İlk hissədə hesab açılmasa da, Aleksey Kaşuk 59-cu, Cəlil Müəddib isə 88-ci dəqiqədə fərqlənərək “Qarabağ”a 2:0 hesablı qələbə qazandırıblar.
Günün digər matçında “Turan Tovuz” səfərdə “Şəfa”nı Diogo Balaunun 45+2-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edib. Bu nəticə Kurban Berdıyevin rəhbərlik etdiyi Tovuz klubuna və azarkeşlərinə sevinc bəxş edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” və “Zirə” – “Şamaxı” görüşləri isə müvafiq olaraq 0:0 və 1:1 hesabları ilə başa çatıb.
Şəfa – Turan Tovuz – 0:1 (0:1)
Qol: Diogo Balau, 45+2.
Baş hakim: Əli Əliyev.
Şəfa: Əlirza Müştəbazadə, Arsen Ağcabəyov (k), Nihad Quliyev, Vüsal Qənbərov (Elnur Cəfərov, 58), Dilan Mertens, Bafode Dansoko, Maudo Jarju, Musə Qel, Vlad Pop (Fərid Yusifli, 58), Andrey Dragu, Kristofer Mamengi (İsmayıl Zülfüqarlı, 61).
Baş məşqçi: Zaur Həşimov.
Turan–Tovuz: Oleq Baklov, Roderik Miller, Stiv Besnuar (Roberto Olabe, 68), Enrike Silva, İbrahima Vaci, Aleks Serrano, Hayderson Hurtado (k), Xorxe Silva (Denis Marandiçi, 78), Filip Damyanoviç, David Tavares (Aleksa Yankoviç, 78), Diogo Balau.
Sarı vərəqə: Kristofer Mamengi, İsmayıl Zülfüqarlı.
Sumqayıt, “SOCAR Polymer Arena”.
İmişli – Qarabağ – 0:2 (0:0)
Qollar: Aleksey Kaşuk, 59 (0:1); Cəlil Müəddib, 88 (0:2).
İmişli: Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı (Əkbər Əyyubov, 64), Fərid Nəbiyev, Yau Mozes, İdris İnqilablı, Rafael Vieqas (Mehdi Tahirov, 90+1), Ronaldo de Souza, Dioqu Almeyda, Dioqu Rollo, Deko.
Qarabağ: Martin Zlomisliç, Musa Qurbanlı (Zakariya Savo, 67), Kadi (k), Mateus Silva, Bruno Lanqa, Coni Montiel (Marko Yankoviç, 67), Cəbrayıl Makretskis, Aleksey Kaşuk (Renaldo Sefa, 75), Cəlil Müəddib (Reda Hədrə, 90), Pedro Bikalyu (Samuel Lobato, 90), Bence Varkonyi.
Sarı vərəqələr: Coni Montiel, Bəxtiyar Həsənalızadə, Reda Hədrə.
Yevlax, Şəhər stadionu. Baş hakim: Elvin Bayramov.
| Komanda | O | Q | H | M | T-F | X |
| Neftçi | 7 | 5 | 1 | 1 | 18-5 | 16 |
| Sabah | 6 | 5 | 1 | 0 | 14-1 | 16 |
| Qarabağ | 6 | 5 | 1 | 0 | 11-4 | 16 |
| Turan-Tovuz | 7 | 4 | 2 | 1 | 7-4 | 14 |
| Zirə | 7 | 3 | 2 | 2 | 8-9 | 11 |
| Kəpəz | 6 | 3 | 1 | 2 | 6-7 | 10 |
| Şamaxı | 7 | 2 | 4 | 1 | 10-7 | 10 |
| Sumqayıt | 6 | 1 | 1 | 4 | 8-9 | 5 |
| İmişli | 7 | 1 | 1 | 5 | 6-13 | 4 |
| Qəbələ | 7 | 1 | 1 | 5 | 3-11 | 4 |
| Şafa | 7 | 1 | 0 | 6 | 2-12 | 3 |
| Araz-Naxçıvan | 7 | 0 | 2 | 5 | 5-15 | 2 |
Bombardir: B. Almeyda (“Neftçi”) – 7 qol