Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL klubu ilə cavab matçına çıxacaq.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında oktyabrın 10-da keçirilən ilk qarşılaşmada “Kür” rəqibini 40:18 hesabı ilə darmadağın edib.