Azərbaycan Premyer Liqasında VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. Turun son oyun günündə əvvəlcə “İmişli” “Qarabağ”ı qəbul edəcək. Günün ikinci qarşılaşmasında isə “Şəfa” “Turan Tovuz”la üz-üzə gələcək.
16:00. “İmişli” – “Qarabağ”
Baş hakim: Elvin Bayramov
Məkan: Yevlax şəhər stadionu
18:30. “Şəfa” – “Turan Tovuz”
Baş hakim: Əli Əliyev
Məkan: Sumqayıt, “SOCAR Polymer Arena” Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə 0:2, “Neftçi” “Sabah”a qarşı 0:0 hesablı heç-heçə edib. “Zirə” ilə “Şamaxı” 1:1 hesablı bərabərliyə razılaşıb, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib.
| Komanda | O | Q | H | M | T | X |
| Neftçi | 7 | 5 | 1 | 1 | 18-5 | 16 |
| Sabah | 6 | 5 | 1 | 0 | 14-1 | 16 |
| Qarabağ | 5 | 4 | 1 | 0 | 9-4 | 13 |
| Turan Tovuz | 6 | 3 | 2 | 1 | 6-4 | 11 |
| Zirə | 7 | 3 | 2 | 2 | 8-9 | 11 |
| Kəpəz | 6 | 3 | 1 | 2 | 6-7 | 10 |
| Şamaxı | 7 | 2 | 4 | 1 | 10-7 | 10 |
| Sumqayıt | 6 | 1 | 1 | 4 | 8-9 | 5 |
| İmişli | 6 | 1 | 1 | 4 | 6-11 | 4 |
| Qəbələ | 7 | 1 | 1 | 5 | 3-11 | 4 |
| Şafa | 6 | 1 | 0 | 5 | 2-11 | 3 |
| Araz-Naxçıvan | 7 | 0 | 2 | 5 | 5-15 | 2 |
Bombardirlər: B. Almeyda (“Neftçi”) – 7 qol