“Real”ın və Türkiyə millisinin futbolçusu Arda Gülər yığmanın baş məşqçisi vəzifəsindən ayrılan Vinçentso Montellaya təşəkkür edib. Türkiyə Futbol Federasiyasının (TFF) italiyalı mütəxəssislə yollarını ayırmaq qərarından sonra Arda Gülər sosial şəbəkə hesabında paylaşım edib.
Gənc futbolçu Montellaya ünvanladığı mesajda onun dəstəyini və etimadını yüksək qiymətləndirdiyini bildirib: “Cənab, hər şey üçün təşəkkür edirəm. Mənə göstərdiyiniz etimad və dəstək hər zaman böyük əhəmiyyət daşıyıb. Birlikdə unudulmaz anlar yaşadıq və buna görə sizə həmişə minnətdar olacağam. Sizinlə işləmək xoş idi. Gələcəkdə sizə və bütün komandanıza uğurlar arzulayıram”.