Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”

09.10.26 | 23:36
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Sabah”la qolsuz heç-heçədən sonra komandasının qol imkanlarından yararlana bilməməsinə, hakim qərarlarına və qarşıdakı çətin oyunlara münasibət bildirib. Ukraynalı mütəxəssis nəticədən təəssüflənsə də, futbolçularının mübarizəsindən və oyunun intensivliyindən razı qaldığını deyib.

Premyer Liqanın 7-ci turunda “Neftçi” doğma meydanda “Sabah”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə qapılar toxunulmaz qalıb – 0:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Vernidub hər iki komandanın çıxışını yüksək qiymətləndirib. O, “Sabah”ın möhkəm müdafiəsinə diqqət çəkərək rəqibin çempionatın ilk altı turunda cəmi bir qol buraxdığını xatırladıb.

“Çox yaxşı bilirdik ki, hası koandaya qarşı oynayırıq. Çempion komandaya, Çempionlar Liqasında çıxış edən rəqibə qarşı mübarizə aparırdıq. ‘Sabah’ ‘Mançester Yunayted’ə 0:4 hesabı ilə uduzsa da, yaxşı futbol nümayiş etdirmişdi. Komanda əzmkar oyun sərgiləyirdi. Bu gün də bərabər səviyyəli qarşılaşmanın şahidi olduq.

Qol imkanlarından yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm ki, oyunun intensivliyini qorudular və mübarizədən yayınmadılar. Əlbəttə, qol vura bilməməyimiz təəssüf doğurur. Amma futboldur, üstəlik, çempion komandaya qarşı oynayırdıq. Bu bir xal da irəliyə doğru hərəkətimizi davam etdirmək baxımından bizi qane edir”, – deyə baş məşqçi bildirib.

Vernidub milli fasilənin hər iki komanda üçün müəyyən çətinliklər yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, “Neftçi”dən səkkiz, “Sabah”dan isə 10 futbolçu milli komandaların düşərgəsinə yollanıb. Denzel Jubitana komandaya yalnız oyundan bir gün əvvəl qoşulub, Sessi Almeyda isə görüşdə iştirak edə bilməyib. Bununla belə, mütəxəssis futbolçularının milli səviyyədə çıxış etməsini müsbət hal kimi qiymətləndirib və Azərbaycan millisinin qrupda birinci yeri tutmaq şansının olduğunu qeyd edib.

Baş məşqçi üçün heç-heçənin xal itkisi anlamına gəldiyini gizlətməyib. “Mən baş məşqçiyəm və mənim üçün bu, iki xal itirmək deməkdir. Çünki həmişə üç xal qazanmaq istəyirəm. Düşünürəm ki, həmkarım Valdas Dambrauskas da eyni fikirdədir. Rəqibin kimliyindən asılı olmayaraq, yanaşmam belədir. Baş məşqçi fərqli düşünsə, komanda da buna uyğun oynayacaq”, – deyə Vernidub bildirib.

Ukraynalı mütəxəssis Emil Səfərova qarşı kobudluq epizodunda rəqib futbolçuya göstərilən sarı vərəqəni şərh etmək istəməyib. O, hakimlərin işini qiymətləndirməyin onun işi olmadığını deyib: “Oyun zamanı emosional oluram, bəzən qışqıra bilərəm, amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, hakim həm bizə, həm də rəqibə normal münasibət göstərdi. Ciddi bir səhv görmədim”.

“Neftçi”ni qarşıda “Qarabağ” və “Turan Tovuz”la çətin oyunlar gözləyir. Vernidub həmin qarşılaşmalarda da hədəflərinin dəyişməyəcəyini bildirib: “Hər zaman qalib gəlmək istəyirəm. Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”.

Mətbuat konfransında Gustavo Klismanın vəziyyəti və Emin Mahmudovun meydana buraxılmaması ilə bağlı suala da aydınlıq gətirilib. Vernidub əvəzetmələrin əvvəlcədən müəyyənləşdirilən plana əsasən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Emil Səfərov meydana daxil olduqdan sonra komandanın oyun intensivliyini qorumağa çalışıb.

Baş məşqçi əvəzetmələrin sayına dair tərəddüd yaşadığını da etiraf edib. O, Gustavo Klismanın dəyişdirilməsi zamanı yaranan fasilədən sonra daha neçə futbolçunu əvəzləyə biləcəyini dəqiq anlamadığını, matçdan sonra hakimin iki əvəzetmə hüququnun qaldığını bildirdiyini söyləyib. Vernidub qayda pozuntusu ilə bağlı sonradan mübahisə yaranmasını istəmədiyi üçün dörd əvəzetmə ilə kifayətləndiyini qeyd edib.

Beləliklə, “Neftçi” ilə “Sabah” arasındakı duel qolsuz heç-heçə ilə yekunlaşıb. Vernidubun komandası isə diqqətini qarşıdakı vacib matçlara yönəldib.

Paylaş:

Xəbər Lenti

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59