Montella qovuldu: Arda Turanın adı gündəmdə

09.10.26 | 23:03
Dünya futbolu

Türkiyə Futbol Federasiyası (TFF) Vinçentso Montella ilə yollarını ayırıb. İtaliyalı mütəxəssisin gedişinə 2026-cı il dünya çempionatındakı uğursuz çıxış və Millətlər Liqasında ardıcıl dörd məğlubiyyətin təsir etdiyi bildirilir. Onun mümkün əvəzləyiciləri arasında hazırda “Şaxtyor”a rəhbərlik edən Arda Turanın da adı çəkilir.
Montella 2023-cü ilin sentyabrından “a-ulduzlula”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda AVRO-2024-ün 1/4 finalına yüksəlib, 24 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanıb. Lakin Türkiyə millisi 2026-cı il mundialında qrup mərhələsini adlaya bilməyib.
Son olaraq Millətlər Liqasının A Liqasında Fransa (0:1), İtaliya (1:4, 1:3) və Belçikaya (0:3) məğlub olan Türkiyə dörd oyundan sonra xalsız qalıb. Bu nəticələrdən sonra federasiya 52 yaşlı mütəxəssislə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Montella Türkiyə millisinin baş məşqçisi kimi keçirdiyi 40 oyunda 21 qələbə qazanıb, 5 heç-heçə edib və 14 dəfə məğlub olub.
Montellanın mümkün əvəzləyiciləri arasında Arda Turanın adı ön plana çıxıb. İtaliya və Türkiyə mediasının məlumatına görə, 39 yaşlı mütəxəssis milli komandanın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir. Bununla belə, Türkiyə Futbol Federasiyası hələlik yeni baş məşqçinin adını açıqlamayıb.
Arda Turan 2025-ci ilin mayından Ukraynanın “Şaxtyor” klubunu çalışdırır. Onun rəhbərliyi altında Donetsk təmsilçisi 2025/26 mövsümündə Ukrayna çempionu olub və Konfrans Liqasının yarımfinalına yüksəlib. Türkiyə millisində mümkün təyinatla bağlı yekun qərar hələ açıqlanmayıb.

Paylaş:

Xəbər Lenti

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59