“Kəpəz”in baş məşqçisi: “Əsas olan qələbədir və biz buna nail olduq”

09.10.26 | 21:22
Ölkə futbolu

Gəncənin “Kəpəz” klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Mütəxəssis Şamaxıda keçirilən görüşdən sonra komandasının çıxışını dəyərləndirib, heyətdəki rəqabət, ayrı-ayrı futbolçuların rolu və qarşıdakı “Zirə” ilə oyun barədə fikirlərini bölüşüb.
Məmmədov ilk növbədə komandasını Şamaxıda dəstəkləyən azarkeşlərə təşəkkür edib və qazanılan üç xalın əhəmiyyətini vurğulayıb.
“Şamaxıya gələn azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Heyətimizdə itkilər var idi, lakin meydana çıxan futbolçularımız yoxluqları layiqincə kompensasiya etdilər.
Matçın çox çətin keçəcəyini bilirdik. ‘Araz-Naxçıvan’da baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişikliklər adətən komandaya müsbət təsir göstərir. Rəqibin yeni baş məşqçisinin oyun üslubunu öyrənmək imkanımız yox idi. Futbolçularım tapşırıqlarımı yerinə yetirdilər. Buna görə onlara təşəkkür edirəm.
Rəhbərlik bizə hərtərəfli dəstək göstərir. Bu qələbə onların da əməyinin nəticəsidir. Oyun elə də dinamik alınmadı. Əsas olan qələbədir və biz buna nail olduq”
, – deyə baş məşqçi bildirib. O, qapıçı Rocerio Santosun komanda üçün əhəmiyyətinə də toxunulub. Onun komandanın ümumi gücündəki payını faizlə ifadə etmək istəməyən Azər Məmmədov kollektiv oyunun vacibliyini ön plana çəkib.
“Bunu faizlə ifadə etməyəcəyəm. Hər bir futbolçunun öz güclü tərəfləri və bacarıqları var. Bizim komandada da belə oyunçular mövcuddur. Məqsədimiz sadəcə tanınmış futbolçuları bir araya toplamaq deyil, güclü komanda yaratmaqdır. Kimsə digərlərindən daha çox fərqlənə bilər, amma biz bir komandayıq. Bu prinsiplə də davam edəcəyik”, – deyə o qeyd edib.
Baş məşqçi Namik Ələsgərovla Rəhman Hacıyevin gələcəkdə eyni vaxtda meydana çıxmasının mümkünlüyü ilə bağlı suala da aydınlıq gətirib. Məmmədov hər iki futbolçunun, eləcə də Əbubəkrin oyun planlarında yer alacağını bildirib.
“Bəli, belə olacaq. Hazırda optimal heyəti müəyyənləşdirməyə çalışırıq. Namik həm Rəhmanla, həm də Əbubəkrlə birlikdə oynayacaq. Komandada şans verilməyən futbolçu qalmayacaq. Hər kəsə özünü göstərmək imkanı yaradacağıq”, – deyə mütəxəssis vurğulayıb.
“Zirə” ilə xallarını bərabərləşdirən “Kəpəz” növbəti turda məhz bu rəqiblə qarşılaşacaq. Qarşıdakı matçın turnir cədvəli baxımından “altı xallıq oyun” hesab edilib-edilməyəcəyi barədə danışan Azər Məmmədov hər xalın onlar üçün xüsusi əhəmiyyət daşıdığını deyib.
“Bizim üçün qazanılan hər xal ‘altı xal’ dəyərindədir. Çünki maliyyə imkanlarımız və buna uyğun olaraq gücümüz məhduddur. ‘Zirə’ ilə bizi Gəncədə çox ağır oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərimizə yaxşı futbol nümayiş etdirəcək və xal qazanacağıq”, – deyə “Kəpəz”in baş məşqçisi fikirlərini yekunlaşdırıb.

Paylaş:

Xəbər Lenti

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59