“Kəpəz”dən səfərdə qələbə, Maksimovun debütü uğursuz oldu

09.10.26 | 18:04
Ölkə futbolu

Azərbaycan Premyer Liqasında VII tura start verilib. Turun açılış oyununda “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Kəpəz”lə qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda topa daha çox nəzarət edən və hücum təşəbbüsünü ələ alan “Araz-Naxçıvan” fərqlənə bilməyib. Əks-hücum taktikasına üstünlük verən “Kəpəz” isə baş məşqçisi Azər Məmmədovun planını uğurla həyata keçirib.

Qonaqlar 31-ci dəqiqədə hesabı açıblar. Olabiran Blessinq Muyiva “Kəpəz”in heyətində ilk qolunu vuraraq komandasını önə keçirib. Fasiləyədək hesab dəyişməyib.

İkinci hissədə bərabərlik qolunu vurmağa çalışan Naxçıvan təmsilçisi müdafiədə boşluqlar verib. Matçın 86-cı dəqiqəsində meydana sonradan daxil olan Rəhman Hacıyev bundan yararlanaraq fərqi iki topa çatdırıb və komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, “Kəpəz” mövsümdə vacib qələbə qazanıb, “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuriy Maksimov isə debüt matçında məğlubiyyətlə üzləşib.

“Araz-Naxçıvan” – “Kəpəz” 0:2 (0:1)

Qollar: Olabiran Blessinq Muyiva, 31 (0:1), Rəhman Hacıyev, 86 (0:2).

Baş hakim: Rəşad Əhmədov.

“Araz-Naxçıvan”: Tərlan Əhmədli, Ceyhun Nuriyev, Abdulla Rzayev, Ağadadaş Salyanski (Ülvi İsgəndərov, 80), Boyan Letiç, Patrik Andrade (k), İssuf Paro, Məhəmməd Mara (Şarl Boli, 85), Bruno Franko (Abdalla Sudi, 42), Luka Dumançiç, Alberto Fernandes.

Baş məşqçi: Yuriy Maksimov.

“Kəpəz”: Rojerio Santos, Urfan Abbasov (k), Namiq Ələsgərov, Kennet Kalunqa, David Domconi, Viktor Stınə (Rafael Məhərrəmov, 78), Olabiran Blessinq Muyiva (Rəhman Hacıyev, 63), Mahamadu Ba (Vadim Abdullayev, 78), Adama Fofana, Mate Abuladze, Desmond Akva (Şakir Seyidov, 46).

Baş məşqçi: Azər Məmmədov.

Xəbərdarlıqlar: Desmond Akva, Ceyhun Nuriyev, Patrik Andrade.

Şamaxı şəhər stadionu.

Paylaş:

Xəbər Lenti

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59