Mahir Emreli vurdu, millimiz bir xal qazandı

28.09.26 | 00:24
Ölkə futbolu

UEFA Millətlər Liqasının D Liqasında çıxış edən Azərbaycan millisi 2-ci turda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Kaunasdakı Dariaus ir Girėno stadionunda keçirilən görüşdə hər iki qol ilk 15 dəqiqədə vurulub.
Qarşılaşmanın 9-cu dəqiqəsində Litva hesabı açıb. Emil Səfərovun Gvidas Gineitisə qarşı cərimə meydançasında etdiyi qayda pozuntusundan sonra baş hakim Menelaos Antoniu 11 metrlik cərimə zərbəsi təyin edib. Armandas Kučys penaltini dəqiq yerinə yetirib – 1:0.
Millimiz cavabı çox gecikdirməyib. Cəmi beş dəqiqə sonra Tellur Mütəllimovun ötürməsindən sonra Mahir Əmrəli sol ayağı ilə dəqiq zərbə endirərək hesabı bərabərləşdirib. Hücumçu qolu hərbi salamla qeyd edib.
İlk hissənin sonlarına doğru komandalar yenidən fərqlənmək üçün imkanlar əldə etsələr də, hesab dəyişməyib. İkinci yarıda hər iki baş məşqçi əvəzləmələrlə oyunun gedişinə təsir göstərməyə çalışıb. Ayxan Abbasov Rüfət Abdullazadə, Musa Qurbanlı, Toral Bayramov və digər futbolçuları meydana buraxsa da, komandaların səyləri nəticəni dəyişməyə kifayət etməyib. Oyunun sonlarında da qapılar toxunulmaz qalıb və tərəflər xalları bölüşüblər.
Beləliklə, Azərbaycan millisi Millətlər Liqasına 1:1 hesablı heç-heçə ilə başlayıb. Komandamızın növbəti rəqibi yenə Litva olacaq. Tərəflər oktyabrın 4-də Bakıda qarşılaşacaqlar.

Litva – Azərbaycan 1:1 (1:1)

Qollar: Armandas Kuçis, 9-cu dəqiqə (1:0), Mahir Emreli, 14-cü dəqiqə (1:1).

Baş hakim: Menelaos Antoniu (Kipr).

Litva: Dyuqas Bartkus, Vilyus Armalas, Edqaras Utkuş, Artemiyus Tutişkinas, Adrian Liçkunas (Moteus Burba, 66), Lukas Mixeylbrink (Modestas Vorobyovas, 66), Gvidas Gineytis, Yustas Lasiçkas (k), Vikintas Slivka (Domantas Şlyuta, 57), Armandas Kuçis (İqnas Vençkus, 77), Artur Doljnikov (Eligiyus Yankauskas, 77).
Azərbaycan: Emil Balayev, Rüfət Abbasov (Toral Bayramov, 60), Rəhman Daşdəmirov, Bədavi Hüseynov (k), Rahil Məmmədov, Tellur Mütəllimov (Vüsal İsgəndərli, 87), Aleksey İsaye, Emil Səfərov (Rüfət Abdullazadə, 46), Abdulla Xaybulayev (Cəlal Hüseynov, 90+2), Mahir Emreli, Renat Dadaşov (Musa Qurbanlı, 60).
Sarı vərəqələr: Məmmədov, Mütəllimov, Gineytis, İsaye.

Kaunas. «Daryus və Girenas» stadionu.

Qrupdakı vəziyyət

KomandaOQHMTX
Litva21103-14
Azərbaycan10101-11
Lixtenşteyn10010-20
Paylaş:

Xəbər Lenti

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05