Azərbaycan Premyer Liqasında yaranan cari oyun fasiləsi zamanı “Qəbələ” klubu hazırlıq planı çərçivəsində iki yoldaşlıq matçı keçirəcək.
Klubun rəsmi saytının məlumatına görə, “radarlar” sentyabrın 27-də I Liqa təmsilçisi “Karvan” (Yevlax) ilə qarşılaşacaq. Oktyabrın 3-də isə bölgə təmsilçisinin növbəti sınaq matçındakı rəqibi Yaponiya gənclər yığması (U-20) olacaq.
Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.