Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının V turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.

Gənc mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının nümayiş etdirdiyi oyundan ümumilikdə razı qaldığını bildirib. O, xüsusilə ilk qola qədər “Şəfa”nın topa nəzarət etdiyini, hücumlar qurduğunu və təhlükəli vəziyyətlər yaratdığını vurğulayıb.

Həşimov “Sabah”ın rəqibin gücünü nəzərə alaraq, komandasının layiqli mübarizə apardığını söyləyib: “İlk buraxdığımız qola qədər komandamın nümayiş etdirdiyi oyundan tam razı idim. Topa nəzarət edir, hücumlar qurur və təhlükəli vəziyyətlər yaradırdıq. Əlbəttə, rəqibin səviyyəsini nəzərə almalıyıq. Qarşımızda cəmi dörd gün əvvəl “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamış, heyəti tam komplektləşmiş güclü bir komanda var idi. Belə rəqib fonunda kifayət qədər ləyaqətli mübarizə apardıq.

Bizi məyus edən əsas məqam buraxdığımız qollardır. Təəssüf ki, fərdi səhvlərimiz nəticəsində qapımızda qollar görürük. Bununla belə, komandamın oyunundan narazı qaldığımı deyə bilmərəm. Gələcəkdə daha yaxşı çıxış edəcəyik. İndidən deyə bilərəm ki, biz bu çempionata xüsusi maraq və rəng qatırıq”.

Baş məşqçi “Şəfa”nın çox qol buraxmasından narahat olduğunu da etiraf edib. Bununla belə, Həşimov komandasının əsasən çempionluq uğrunda mübarizə aparan rəqiblərlə oyunlarda bu problemlə üzləşdiyini qeyd edib: Bəli, bu məsələ bizi narahat edir. Lakin nəzərə almaq lazımdır ki, əsasən çempionluq uğrunda mübarizə aparan iddialı komandalarla oyunlarda çox qol buraxırıq. Əlbəttə, bu reallıqla barışmaq istəmirik. Bununla belə, mövcud vəziyyəti də düzgün qiymətləndirməliyik”.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17