Ökə çempionu “Sabah” basketbol komandası növbəti transferini rəsmiləşdirib. Paytaxt təmsilçisi heyətinə Avropa Kubokunun son qalibi olmuş amerikalı basketbolçu Tacuan Eycini cəlb edib.
Klubun mətbuat xidmətinin məlumatına görə, 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Boyu
2,03 metr olan təcrübəli oyunçu ötən mövsümü Fransanın “JL Burq” kollektivində keçirib və komandası ilə birlikdə Avropa Kubokunun qalib olub. O, mövsüm ərzində turnirdə meydana çıxdığı 15 qarşılaşmada orta hesabla 6,5 xal və 3,2 ribaundluq göstərici ilə yadda qalıb.
Peşəkar karyerasına 2020-ci ildə başlayan Eyci indiyədək Bolqarıstanın “Balkan”, İsrailin “Makkabi Aşdod”, Almaniyanın “Rasta Vexta”, Fransanın “Qravlen-Dünkerk”, eləcə də Yeni Zelandiyanın “Hoks Bey Hoks” klublarının şərəfini qoruyub.