Hakim xətası “Siti”yə qələbə, Holanda isə rekord gətirdi

14.09.26 | 02:59
Dünya futbolu

Premyer Liqanın növbəti turunda baş tutan Mançester derbisində qalibi hakim xətası müəyyənləşdirib. BBC-nin məlumatına görə, Hakimlər Assosiasiyası (PGMOL) “Məncestər Siti”nin yeganə qolunun ləğv edilməli olduğunu rəsmən etiraf edib.

“Old Trafford”da keçirilən gərgin qarşılaşmada Fil Fodenin qırmızı vərəqə alması ilə azlıqda qalan “Siti”, məhz Erlinq Holandın qolu sayəsində “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinin son dəqiqələrdəki təhlükəli hücumunun qarşısınıisə Canluici Donnarumma möhtəşəm seyvlə alaraq komandasına 3 xal qazandırıb.

VAR sisteminin vəziyyəti dəqiqləşdirmək üçün 2,5 dəqiqə vaxt sərf etməsinə baxmayaraq, Holandın qolu hesaba alınıb. Hakimlər Assosiasiyası matçdan sonra “Mançester Yunayted” rəhbərliyi ilə əlaqə saxlayaraq səhvə yol verdiklərini bildirib: “Biz bu axşam ‘Mançester Yunayted’lə əlaqə saxlayaraq epizodun qiymətləndirilməsində xətaya yol verdiyimizi etiraf etdik. Hadisə ilə bağlı ətraflı təhlil aparılacaq”.

Qolu vuran Holandın özü oyundankənar vəziyyətdə olmasa da, onun komanda yoldaşı Enzo Fernandes aydın şəkildə ofsaydda idi. Asma zamanı Fernandes topa başla toxunmağa cəhd göstərmiş və nəticədə top Holandın qarşısına düşmüşdü.

PGMOL bəyanatında qeyd olunub ki, VAR rəsmiləri Fernandesin ofsayd mövqeyinin müdafiəçilərin hərəkətinə təsirini nəzərə almalı və baş hakimə epizoda monitorda yenidən baxmağı məsləhət görməli idilər.

Epizodun əsas iştirakçılarından olan “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines qolun qətiyyən hesaba alınmamalı olduğunu bildirib: “Fernandes aydın şəkildə ofsaydda idi. Mən qaydaları anlamıram. O, birbaşa qarşımda olduğu üçün ona tərəf addım atdım və nəticədə Holand arxada boş qaldı. Fernandes cərimə meydançasında olmasaydı, mən mütləq Holandı bağlayacaqdım.

Təmkinli olmağa çalışıram, amma bu çox çətindir. Hər mövsümün əvvəlində hakimlər bazamıza gəlib bir saat boyunca bizə qaydaları izah edirlər, özlərindən çox əmin görünürlər. Amma çempionatda 5-6 hakim birgə belə kobud səhvə yol verirsə, bu qəbulolunmazdır. Biz yenə də bu haqsızlıqla barışmalı oluruq”. İngiltərənin aparıcı televiziya ekspertləri də Martinesin fikirlərini dəstəkləyərək, Fernandesin hərəkətinin müdafiə xəttinin taktikasına birbaşa təsir etdiyini vurğulayıblar.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17