Münhen “Bavariya”sının hücum xəttinin liderləri Harri Keyn və Maykl Olise 2026-cı ildə klub turnirlərində məhsuldarlıq sayına görə TOP-5 liqaların futbolçuları arasında liderliyi davam etdirirlər.
İngiltərəli hücumçu ilə fransalı vinger təqvim ilində birlikdə 73 qol və məhsuldar ötürməyə imza atıblar. Keynin aktivində 39, Olisenin hesabında isə 34 məhsuldar hərəkət var.
Çempionlar Liqasının 2026/27 mövsümünün ilk turunda “Bude Qlimt”lə qarşılaşmada Keyn iki (1 qol, 1 assist), Olise isə üç məhsuldar hərəkətlə (2 qol, 1 assist) yadda qalıb.
2026-cı ildə klub turnirlərində:
39 – Harri Keyn (“Bavariya”): 34 qol, 5 assist
34 – Maykl Olise (“Bavariya”): 17 qol, 17 assist