“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək futbolçuların adlarını açıqlayıb. “Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas siyahıya ümumilikdə 27 oyunçu daxil edib. Heyətdə yeni transfer Du Keyrosla yanaşı, hələ də zədəsini bərpa edən Xəyal Əliyev də yer alıb.
“Sabah”ın Çempionlar Liqası üçün heyəti:
Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov, Stas Pokatilov, Rəvan Mirzəmmədov;
Müdafiəçilər: Stiv Solve, Eyden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puhats, Junior Almeyda, Akim Zedadka;
Yarımmüdafiəçilər: Abdulla Xaybulayev, Umarəli Rəhmonəliyev, Aleksey İsayev, İvan Lepinitsa, Rauf Rüstəmli, Du Keyros, Rodriqu Fernandeş, Cəfər Muxtarov, Şahin İbrahimov;
Hücumçular: Kristian Nvaçukvu, Xəyal Əliyev, Kaxim Pərris, Coy-Lans Mikkels, Velko Simiç, Ksander Severina, Orfe Mbina.
Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsində “Sabah” İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, Çexiyanın “Slaviya”, Norveççinin “Vikinq”, İspaniyanın “Barselona” və “Vilyarreal”, Almaniyanın “Borussiya” (Dortmund), həmçinin İtaliyanın “Napoli” klubları ilə qarşılaşacaq.