“Mançester Siti”dən rekord transfer: Enso Fernandes “Etihad”a köçür

02.09.26 | 00:41
Dünya futbolu

“The Athletic” nəşrinin tanınmış insayderi Devid Ornşteynin məlumatına görə, “Mançester Siti” və “Çelsi” Enso Fernandesin transferi ilə bağlı razılığa gəliblər. Mançester klubu 25 yaşlı argentinalı yarımmüdafiəçi üçün 125 milyon funt-sterlinq (təxminən 145,9 milyon avro) ödəyəcək. Bu keçid Britaniya futbolu tarixinin ən bahlı transfer rekordunun təkrarı olacaq.

“Çelsi” oyunçuya tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün icazə verib. Keçidin transfer pəncərəsi bağlanana qədər rəsmiləşəcəyi gözlənilir. Bununla da “Mançester Siti” ötən yay “Liverpul”un Aleksander İsak üçün “Nyukasl”a ödədiyi rekord məbləğə şərik olacaq.

Mareska amili və transferin pərdəarxası

Fernandesin London klubundan ayrılması yay transfer pəncərəsinin ən səs-küylü xəbərlərindən birinə çevrilib. “Mançester Siti” apreldən izlədiyi oyunçu üçün danışıqları son günlərdə daha da sürətləndirib. “Çelsi” əvvəlcə yarımmüdafiəçi üçün minimum 140 milyon avro tələb etsə də, sonradan qiyməti qaldırıb.

Danışıqların uğurla bitməsində “şəhərlilər”in baş məşqçisi Enso Mareskanın rolu böyük olub. “Çelsi”də birgə çalışdıqları dövrdən Fernandesin imkanlarına bələd olan italyan mütəxəssis onu yenidən sərəncamında görmək istəyib. London təmsilçisinin son iki matçını buraxan Fernandes özü də klubunu dəyişməyə can atırdı. Nəticədə tərəflər transfer pəncərəsinin son günündə ortaq məxrəcə gəliblər.

Fernandes 2023-cü ilin yanvarında “Benfika”dan “Çelsi”yə 124,6 milyon avroya keçmişdi və bu da o dövr üçün Britaniya rekordu idi. Argentinalı oyunçu “zadəganlar”ın heyətində keçirdiyi 170 rəsmi matçda 31 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

“Şəhərlilər”in heyəti yenilənir

Qeyd edək ki, “Mançester Siti” bu yay Elliot Andersonu (“Nottingem Forest” – 135,4 mln. avro) və Əyyub Buaddini (“Lill” – 95 mln. avro) də heyətinə qatıb. Bu transferlər Rodri (“Barselona”) və Ticcani Reyndersin (“Əl-Qadsiyyə”) gedişindən sonra reallaşıb.

Ingiltərə futbolu tarixinin ən baha 5 transferi (zəmanətli məbləğlərlə):

Enso Fernandes: “Çelsi” → “Mançester Siti” -145,9 milyon avro

Aleksander İsak: “Nyu-Kasl” → “Liverpul” – 145,9 milyon avro

Morgan Rocers: “Aston Villa” → “Çelsi” – 136,5 milyon avro

Elliot Anderson: “Nottingem Forest” → “Mançester Siti” -135,4 milyon avro

Enso Fernandes: “Benfika” → “Çelsi” – 124,6 milyon avroQeyd: Reytinqdə yalnız ilkin ödənilən zəmanətli məbləğlər nəzərə alınıb. Məsələn, “Liverpul” Bredi Barkola üçün 123,7 milyon avro ödəyib, lakin bonuslarla bu rəqəm 143,5 milyon avroya çata bilər.

Paylaş:

Xəbər Lenti

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57