Məhəmməd Salah “Trabzonspor”da qollarının hesabını açdı

24.08.26 | 01:39
Dünya futbolu

Türkiyə Superliqasında “Başakşəhir”i 2:1 hesabı ilə məğlub edən “Trabzonspor”da matçın qəhrəmanı Məhəmməd Salah olub. Yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən birinə imza atan misirli ulduz, Qara dəniz təmsilçisinin heyətində ilk rəsmi qollarını vuraraq komandasına vacib 3 xal qazandırıb.

Qarşılaşmanın 8-ci dəqiqəsində maraqlı epizod yaşanıb. “Başakşəhir” qapıçısının səhvindən sonra topu ələ keçirən Salahın zərbəsi dirəkdən qayıdıb. Müdafiəçinin uzaqlaşdırmağa çalışdığı top artıq qapı xəttini keçdiyindən qol hesaba alınıb. Qonaqlar tezliklə hesabı bərabərləşdirsələr də, ikinci hissədə öz üslubunda yenidən səhnəyə çıxan 34 yaşlı hücumçu dublunu rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu, Salahın “bordo-mavililər”in heyətində 3-cü rəsmi oyunu idi. Avqustun 15-də “Qasımpaşa” ilə heç-heçə (1:1) bitən görüşdə 58-ci dəqiqədə sonradan meydana daxil olan misirli forvard, Avropa Liqasının pley-offunda “Ferentsvaroş”a 0:1 hesabı ilə uduzduqları matçda isə ilk dəfə start heyətində yer almışdı.

Təcrübəli hücumçu 9 illik “Liverpul” karyerasından sonra avqust ayının əvvəlində “Trabzonspor”a azad agent statusunda keçib. Türkiyə klubu ilə 2 illik müqavilə imzalayan Salah illik 10 milyon avro maaş və 7 milyon avro imza bonusu olmaqla ümumilikdə 27 milyon avro zəmanətli gəlir əldə edəcək. Bundan əlavə, futbolçu öz adına satılan formalardan və atributlardan gələn gəlirin 20 faizinə sahib olacaq. 2017-ci ildə “Roma”dan “Liverpul”a keçən Salah, Mersisayd təmsilçisinin forması ilə çıxdığı 441 matçda 257 qol və 123 məhsuldar ötürmə ilə yadda qalıb, Çempionlar Liqası və iki dəfə Premyer Liqa çempionluğu yaşayıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09