Bakıda voleybol bayramı: Avropa çempionatının açılışı keçirildi

21.08.26 | 19:50
Digər növlər

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının (EuroVolley) rəsmi açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə azarkeşlər üçün rəngarəng şou proqramı təqdim edilib. Açılış mərasimindən sonra turnirin ilk oyununda qarşılaşacaq Azərbaycan və Portuqaliya milli komandaları meydana dəvət olunublar.

Hər iki ölkənin dövlət bayraqları arena mərkəzinə gətirildikdən sonra Azərbaycan və Portuqaliyanın dövlət himnləri səsləndirilib.

Azərbaycan və Portuqaliya arasında keçirilən açılış qarşılaşmasına azarkeş marağı da yüksək olub. Matç anşlaqla başlayıb, tribunalar tamamilə dolub.

Qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək dörd ölkənin – Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın birgə ev sahibliyi ilə keçirilir.

Turnirin C qrupunun oyunlarına avqustun 21-dən 28-dək ölkəmiz ev sahibliyi edəcək. Dörddəbir finala vəsiqə uğrunda mübarizə aparan qrupda Azərbaycanla yanaşı, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları yer alır.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09