“Qarabağ”ın rəqibi “Tvente”nin portreti: Veqhorst təhlükəsi, sürətli cinahlar və rəqibin “Axilles dabanı”

18.08.26 | 18:59
Ölkə futbolu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Niderlandın “Tvente” klubu Avropa arenasındakı iddialı çıxışı ilə diqqət çəkir. Enşede təmsilçisinin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Slovakiyanın “DAC Dunayska Streda” komandasına qarşı keçirdiyi iki oyun (6:0, 3:3) Ağdam klubunun qarşısındakı rəqibin gücü və zəif cəhətləri barədə aydın, analitik mənzərə formalaşdırır.

“Tvente”nin ön xəttində ən çox diqqət tələb edən fiqur, heç şübhəsiz, Niderland millisinin üzvü Vout Veqhorstdur. 33 yaşlı forvard fiziki gücü, hava mübarizələrindəki mütləq dominantlığı və cərimə meydançasındakı mükəmməl mövqe seçimi ilə fərqlənir. O, təkcə fərdi qol duyğusu ilə deyil, rəqib müdafiəçilərini öz üzərinə çəkərək komanda yoldaşlarına yaratdığı boşluqlarla da “Qarabağ”ın müdafiə xətti üçün ciddi sınaq olacaq.

Niderland klubunun hücum potensialını artıran digər mühüm amil cinah oyunçularının yüksək effektivliyidir. Bu mövqedə fərdi yaradıcılıq yükünü çəkən əsas isimlərdən olan xorvatiyalı Marko Pyatsa “DAC”la ilk matçda ikinci qolun müəllifi kimi yadda qalıb. Onun cərimə meydançasından kənar vurduğu qəfil və dəqiq zərbələr arxa xətdən xüsusi diqqət tələb edir. Digər cinahda qərarlaşan və həmin görüşdə hesabı baş zərbəsi ilə açan Daan Rots isə mərkəzə doğru kəsərli reydləri və hava mübarizələrindəki inamlı çıxışı ilə seçilir. Eyni zamanda, heyətdə Teylor But, Yunes Taha və Sondre Öryaseter kimi texnikalı oyunçuların yer alması rəqibin baş məşqçisinə hücum xəttində kifayət qədər geniş taktiki gedişlər etməyə imkan yaradır.

“Tvente” təkcə forvardların ümidinə qalan komanda deyil, orta sahə oyunçularının vaxtında irəli atılması rəqib müdafiəsinin balansını pozur. Orta sahədə Ramiz Zeruki hücumların tempini diktə edən əsas dispetçer kimi çıxış edir, Kristian Hlinsson isə yaradıcı zəkası ilə rəqib müdafiəsinin kilidini açmaq funksiyasını daşıyır. Tomas van den Belt kimi oyunçuların varlığı komandanın hücum tempini qəfil sürətləndirmək potensialından xəbər verir.

Arxa xətdə komandanın oyun quruculuğunda yaxından iştirak edən Mees Hilqers xüsusi fərqlənir. Onun arxasında isə qapının təhlükəsizliyinə cavabdeh olan 36 yaşlı, PSV-nin sabiq qapıçısı Lars Unnerştal dayanır. Bart van Rooy, Aske Adelqaard və Robin Pröpper kimi adların yer aldığı müdafiə bloku komandanın arxadan səlist oyun qurmasını təmin edir.

Slovakiyalı ekspert Peter Lerantın da qeyd etdiyi kimi, ilk oyundakı 0:6 hesablı məğlubiyyət DAC-ın erkən qollardan sonra psixoloji cəhətdən sınmasının nəticəsi idi. Bu matç “Qarabağ” üçün aydın bir mesajdır: “Tvente”yə qarşı ilk 15-20 dəqiqədə oyunun nəzarətdən çıxmasına imkan vermək, buraxılacaq kiçik bir səhv rəqibin sürətli və öldürücü əks-hücumları ilə nəticələnəcək.

Bununla belə, cavab qarşılaşmasında qeydə alınan 3:3 hesabı “Tvente”nin “Axilles dabanı”nı nümayiş etdirdi. Niderland klubu oyunu diktə edə bilmədikdə və sürətli pressinqlə üzləşdikdə müdafiə strukturunda ciddi çatlar yaranır. “Qarabağ” üçün ən təhlükəli ssenari açıq futbola girməkdir. Bunun əvəzinə oyunu soyutmaq, tempi öz xeyrinə tənzimləmək və rəqibə erkən fürsətlər verməmək həlledici olacaq. “Tvente” güclü, sürətli və aqressiv hücum potensialına malikdir. Lakin rəqib məğlubedilməz deyil. Ağdam təmsilçisi Veqhorstu cərimə meydançasında zərərsizləşdirməli, Pyatsa və Rotsun cinahlardan daxil olmasının qarşısını kəsməli və ikinci xətdən hücuma qoşulan yarımmüdafiəçiləri nəzarətdə saxlamalıdır. “Qarabağ” – “Tvente” dueli bir növ Niderland sürəti ilə təmsilçimizin intizamının qarşıdurması olacaq. Düzgün taktiki plan və soyuqqanlılıq Qurban Qurbanovun komandasına qrup mərhələsinin qapılarını aça bilər.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09