Millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə yeni klubu “İroni” (Kiryat Şmona) heyətində ilk qolunu vurub.
25 yaşlı futbolçu Toto Kubokunun qrup mərhələsinin III turunda səfərdə Tiberiasın eyni adlı komandası ilə keçirilən oyunda fərqlənib. Abdullazadə 61-ci dəqiqədə Ariel Şeratskinin ötürməsini dəqiq zərbə ilə qola çevirərək matçın yeganə qoluna imza atıb.
Beləliklə, “İroni” (Kiryat Şmona) minimal hesablı qələbə qazanıb, Rüfət Abdullazadə isə İsrail karyerasında ilk qolunu vurub.